Bakıda 30-a yaxın məktəb direktoru işdən çıxarılıb

Bakıda 30-a yaxın məktəb direktoru vəzifələrindən kənarlaşdırılaraq yeniləri ilə əvəz olunublar. 

Abzas.net xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva məlumat verib.

“Yeni tədris ilində Bakıda 30-a yaxın məktəbə direktor təyin olunub”, – deyə, təhsil idarəsinin rəhbəri bildirib.

Məhəbbət Vəliyeva bildirib ki, buna səbəblərdən biri sözügedən məktəblərin rəhbərlərinin yaş həddinə çatması və bu səbəbdən onlarla əmək müqavilələrinin ləğv edilməsidir.

Digər səbəb isə bəzi direktorların fəaliyyətində müəyyən nöqsanların aşkarlanmasıdır:

“Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki böyük kollektivin fəaliyyəti məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratmasından və onu səmərəli idarə etməsindən asılıdır.”