Bu gün AŞPA-da seçkilərdi: sədrliyə iki namizəd var

Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasına (AŞPA) yeni sədr seçiləcək.

Abzas.net xəbər verir ki, bununla əlaqədar olaraq AŞPA-nın mətbuat xidməti bəyanat yayıb.

Seçki AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə keçiriləcək.

AŞPA sədri postuna iki nəfər namizəd var. Bunlar Avropa Xalq Partiyasının nümayəndələri, Litvadan olan düputat Emanuelis Zingeris və Kiprdən olan deputat  Stella Kyriakidesdir.

AŞPA-nın keçmiş sədri Pedro Agramunt 6 oktyabr tarixində vəzifəsindən istefa verib.