Cəbhəçi fəallar həbsdə qaldılar

Bu gün Milli Şuranın 7 oktyabr mitinqindən əvvəl həbs edilən cəbhəçi fəalların apellyasiya şikayətlərinə baxılıb. 

Abzas.net xəbər verir ki, bu barədə fəalların vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, cəbhəçilərin şikayətləri təmin olunmayıb.

Hüseynov Füzuli, Nəsirov Ruslan, Abdullayev Yalçın və Rzayev Məhərrəm, Sumqayıt Apellyasiya Məhkəməsində isə Savalanlı Cabbar barəsində inzibati həbs tədbiri tətbiq olunması haqqında məhkəmə qərarlarından verdiyim şikayətlərə baxıldı. Məhkəmə baxışı həmişəki formal qaydada, heç bir vəsatət təmin olunmadan keçirildi və birinci instansiya məhkəmələrinin qərarları heç bir dəyişiklik edilmədən qüvvədə saxlanıldı. Cabbar Savalanlı istisna olmaqla digər 4 nəfər məhkəmə iclaslarında iştirak etmişdir” – deyə vəkil Əsabəli Mustafayev bildirib.