Dünya birjalarında neftin qiyməti aşağı düşüb

Dünya birjalarında neft ucuzlaşıb.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,50 dollar və ya 2,95% azalaraq 49,29 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,38 dollar və ya 2,42% azalaraq 55,62 dollar olub.