Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib.

Abzas.net xəbər verir ki, Almurad Əliyev bu gün səhər Bakıdakı evində dünyasını dəyişib.

A.Əliyevin 83 yaşı var idi. O, uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi.

A.Əliyev Sulutəpə qəbiristanlığında dəfn olunacaq.