Elmar Məmmədyarov Gürcüstana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edəcək.

Abzas.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində XİN rəhbəri 7 oktyabrda Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.

Nazir həmçinin ikitərəfli görüşlərdə iştirak edəcək.