Erdoğan Azərbaycana gəlib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycana gəlib.

Abzas.net xəbər verir ki, Bakıya xanımı Emine Erdoğanla gələn Recep Tayyip Erdoğanı baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.

Oktyabrın 30-u Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması ilə bağlı Azərbaycanda mərasim keçirilməlidir.

Bu mərasimlə bağlı artıq Gürcüstan və Özbəkistan baş nazirləri də Azərbaycana səfər edib.