Həmsədrlər səfərin yekununa dair bəyanat verib

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.

Abzas.net xəbər verir ki, İqor Popov, Andrew Schofer və Stephane Visconti-dən ibarət həmsədrlər qrupu bəyanat verərək səfərin məqsədi və nəticələri barədə məlumat veriblər.

Həmsədrlərin sözlərinə görə, səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub.

Bəyanatda deyilir:

“Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər.”

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda səfərdə olublar.