“İnter” oktyabrın 28-da rəsmən “Keşlə” olacaq

“İnter” klubunun hansı tarixdən “Keşlə” adını daşıyacağı rəsmən bəlli olub.

Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.

O bildirib ki, paytaxt təmsilçisi quruma məsələ ilə bağlı rəsmi müraciət edib. Musayev həmçinin “İnter”in ölkə çempionatının növbəti turuna yeni adla çıxacağını bildirib:

“İnter” bizə rəsmi müraciət edib. Lazım olan sənədlər artıq bu gün bizə daxil oldu. Komandanın “Keşlə” adlanması ayın 28-də rəsmən elan olunacaq”.

“İnter” Premyer Liqanın X turunda oktyabrın 28-də “Kəpəz”lə qarşılaşacaq.