Kataloniya rəhbərliyi və parlamenti buraxılıb: bölgəyə yeni rəhbər təyin edilib

Oktyabrın 27-si Kataloniya hökumətinin və parlamentinin buraxılması barədə qərar verən İspaniya höküməti bölgəyə yeni rəhbər təyin edib.

Abzas.net xəbər verir ki, Kataloniyaya Soraya Saenz de Santamaria rəhbərlik edəcək.

Xanım Saenz İspaniyanın baş naziri Mariano Rajoy-un müavinidir.

Oktyabrın 26-da Kataloniya rəhbərliyi müstəqillik haqqında sənədi İspaniya parlamentinə təqdim edib. Buna cavab olaraq, İspaniya höküməti başda Carles Puigdemont olmaqla Kataloniya rəhbərliyini istefaya göndərdiyini, parlamentini isə buraxdığını bəyan edib.

Bundan əlavə Kataloniya polisinin rəisi Jozep Lluis Trapero da istefaya göndərilib. Bölgənin hüquq-mühafizə orqanlarına rəhbərlik İspaniya Daxili İşlər Nazirliyinə həvalə edilib.

Oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. İspaniyanın Konstitusiya məhkəməsi referendumun qanunsuz olduğunu və nəticələrinin tanınmayacağını bildirib. 26 oktyabrda Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. Daha sonra İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib.