Keçmiş dövlət müşaviri, professor Rafiq İsmayıl vəfat edib

Keçmiş dövlət müşaviri, professor Rafiq İsmayıl dünyasını dəyişib. Bu barədə R.İsmayılın oğlu Toğrul İsmayıl Facebook səhifəsində bildirib.

“Bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Rafiq İsmayıl bu gün vəfat edib”.

R.İsmayılın ailəsinə yaxın olanlar bildirirlər ki, bu gün onun yaşadığı evin yaxınlığında vida mərasimi keçirilir. Dəfn üçün anadan olduğu Qazax rayonuna yola salınacaq.

Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunda anadan olub. 1992-93-cü illər Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmində Azərbaycan prezidentinin dövlət müşaviri vəzifəsində çalışıb.

Sonralar pedaqoji fəaliyyətini davam etdirib, Bakı Dövlət Universitetinin professoru olub.