Las-Veqas qatili sevgilisinə 100 min dollar göndəribmiş

Las-Veqasda 58 nəfərin ölümünə səbəb olan hücumu təşkil edən 64 yaşlı Stefen Peddok haqqında yeni məlumatlar üzə çıxıb

Abzas.net xəbər verir ki, qatil hücumdan əvvəl sevgilisi Marilou Denleyə ev almaq üçün 100 min dollar göndərib.

Qatilin sevgilisi hadisədən sonra ilk dəfə müsahibə verib. Denley bildirib ki, Stefenin hücum planına aid heç bir fikri yoxdur. Axtarışda olan qadının sonradan ABŞ sərhədlərindən kənarda olduğu məlum olmuşdu. Ölkəyə qayıdan 58 yaşlı qadın eşitdiklərindən şok keçirib.

Vəkili vasitəsilə açıqlama verən Denley deyib: “Onu sevirdim və birlikdə sakit bir gələcəyimiz olacağını düşünürdüm”.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz boynuna götürsə də, FTB Peddokun beynəlxalq qruplaşmalarla heç bir əlaqəsi olmadığını bildirib.