Luis Figo UEFA prezidentinin məsləhətçisi vəzifəsində çalışacaq

Portuqaliya yığmasının keçmiş futbolçusu Luis Fiqo UEFA prezidentinin məsləhətçisi olacaq.

Abzas.net  xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya futbolunun əfsanəvi yarımüdafiəçisi UEFA prezidenti  Aleksander Ceferin-in məsləhətçisi kimi çalışacaq.

Ceferin bir sıra açıqlamalarında futbol idarəçiliyində keçmiş futbolçuların təcrübəsindən faydalanmaq fikrində olduğunu bildirib.

Buna qədər daha iki futbolçu UEFA prezidentinin məsləhətçisi vəzifəsinə gətirilib. Bunlar Dejan Stankovich və Nadine Kessler-dir.