Məsud Bərzani noyabrın 1-dən vəzifəsindən gedəcəyini bəyan edib

Kurdish Regional Government President Masoud Barzani looks on during a joint press conference with Turkish Prime Minister Ahmet Davutoglu (unseen) following their meeting in the Iraqi Kurdish capital of Arbil, on November 21, 2014. Davutoglu's trip to Iraq follows a visit to Turkey by Iraqi Foreign Minister Ibrahim al-Jaafari earlier this month that was aimed at patching up the chilly ties between the two neighbours. AFP PHOTO / SAFIN HAMEDSAFIN HAMED/AFP/Getty Images

İraq Kürdüstanının rəhbəri Məsud Bərzani noyabrın 1-də vəzifəsindən gedəcəyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Deutsche Welle” məlumat yayıb.

Seçkilərə qədər onun vəzifələrini birgə regional hökumət, parlament və ali məhkəmə instansiyaları icra edəcək.

Bildirilir ki, Bərzaninin istefasını İraq Kürdüstanının müxalifəti tələb edib. Bu, kürdlərin İraq hərbçiləri ilə toqquşmalardan sonra öz nəzarətləri altında olan ərazilərin bir hissəsini itirməsindən sonra baş verib.