Mbappe Avropanın “Qızıl oğlan”ı seçilib

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatının sahibi müəyyənləşib.

Abzas.net xəbər verir ki, bu mükafata Fransa yığmasının və PSJ klubunun hücumçusu Kylian Mbappe layiq görülüb.

Mbappe digər namizədlər, “Barselona”-da çıxış edən həmyerlisi Ousmane Dembele və “Mançester Siti”-də top qovan braziliyalı Gabriel Jesus-u qabaqlayaraq Avropanın 21 yaşadək ən yaxşı futbolşusu seçilib.

“Qızıl oğlan” mükafatı İtaliyanın “Tuttosport” nəşri tərəfindən təqdim olunur.

21 yaşlı forvard geridə qoyduğumuz mövsüm “Monako”nun heyətində 44 rəsmi matçda 26 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Mbappe bu yay 180 milyon avro qarşılığında PSJ-yə transfer olunub.