Mehman Hüseynovun məhkəməsinin vaxtı bəlli olub

Mehman Hüseynov Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına köçürülüb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Suraxanı rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə noyabr ayında baxılacaq:

“Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib və hakim Əflatun Qasımovun icraatına verilib. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmündən verdiyim apellyasiya şikayətinə yenidən 03 noyabr 2017-ci il tarixdə, 15.00-da baxılacaq.”

Elçin Sadıqovun sözlərinə görə Mehman Hüseynov artıq Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına köçürülüb:

“Məhkəmədən bildirdilər ki, Mehman Hüseynov artıq Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına (Şüvələn qəsəbəsində yerləşən təcridxanaya) köçürülüb.”

Xatırlatma

Mehman Huseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə Suraxanı rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.