Minsk qrupunun həmsədrləri Bakıda səfərdədir

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda səfərdədir.

Abzas.net xəbər verir ki, dünən gecə Bakıya gələn həmsdrlərin bu gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Bu gün axşam saatlarında həmsədrlərin region səfəri başa çatacaq.

1 gün öncə həmsədrlər Ermənistana səfər ediblər.

Bundan bir gün qabaq isə ATƏT-in Minsk qrupunun amerikalı sədri Andrew Schofer Dağlıq Qarabağda səfərdə olub.