Miqrantları daşıyan qayığın hərbi gəmi ilə toqquşması nəticəsində 34 nəfər ölüb

Aralıq dənizində miqrantları daşıyan qayıq Tunis Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəmi ilə toqquşub.

Abzas.net xəbər verir ki, hadisə nəticəsində 34 nəfər ölüb.

Təkcə ötən gün 16 nəfərin meyiti xialasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.

Xilasedicilər axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Qəzanın səbəbləri araşdırılır.

Əvvəlki məqaləDünya birjalarında neftin qiyməti aşağı düşüb
Növbəti məqalədəKərkük tam olaraq İraq ordusunun nəzarətinə keçib