Misirdə terrorçularla atışmada 54 polis həlak olub

Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla polis arasında atışma baş verib. 

Abzas.net xəbər verir ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən terrorçulara qarşı keçirilən əməliyyat zamanı baş verib.

Məlumata görə, hadisə nəticəsində 20-si zabit olmaqla 54 polis əməkdaşı həlak olub.

Terrorçulara qarşı əməliyyatın bitdiyi bildirilir. Terrorçuların itkiləri barədə məlumat verilməyib.