Müsavat funksioneri 2 il 6 ay azadlıqdan məhrum edildi

Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı Rayon təşkilatının sədri Xasay Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Abzas.net xəbər verir ki, məhkəmənin hökmü ilə X. Fərzullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  Xasay Fərzulayevə qarşı Cinayət Məcəlləsinin  263.1.1 maddəsi ilə (ehtiyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

O, idarə etdiyi avtomobillə rayonun Bədəlan kəndi ərazisində kənd sakini Tağıyev Rauf Rafiq oğlunu vurub. Sürücü xəsarət alan şəxsi xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb. Onun həyatını xilas etmək mümkün olub.

MƏNBƏAPA Informasiya Agentliyi
Əvvəlki məqaləMüsavatçıya 25 sutka həbs cəzası verildi
Növbəti məqalədəXədicə İsmayıl polis bölməsinə çağrılıb