Nəcməddin Sadıkov Vaşinqtonda baş qərargah rəislərinin görüşündə iştirak edib

Nəcməddin Sadıkov Vaşinqtonda baş qərargah rəislərinin görüşündə iştirak edib.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Vaşinqton şəhərində Baş Qərargah rəisləri səviyyəsində keçirilən “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda keçirilən görüşdə iştirak edib.