Nigeriyada ardıcıl 3 partlayış baş verib: 13 nəfər ölüb, 16 nəfər yaralanıb

Nigeriyanın Mayduquri şəhərində üç partlayış baş verib.

Abzas.net xəbər verir ki, Mayduquri şəhərində 3 qadın-kamikadze özünü partladıb.

Hadisə naticəsində ən azı 13 nəfər ölüb. Daha 16 nəfərin yaralandığı bildirilir.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.