Prezident Təklə-Sündü-Xilmilli yolunun açılışını edib

Prezident İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bu yolda əsaslı təmir işləri İlham Əliyevin 2013-cü və 2016-cı il tarixli sərəncamlarına əsasən aparılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirib ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb.

Təklə-Sündü-Xilmilli yolu 2017-ci ildə Azərbaycanda həyata keçiriləcək “40 yol” layihəsindən biridir.

İlham Əliyev Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.