“Qarabağ” klubu “Çelsi” azarkeşlərinə 3664 bilet ayırıb

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” komandası ilə üz-üzə gələcək İngiltərənin “Çelsi” klubunun azarkeşlərinə 3664 bilet ayrılıb.

“Report”un verdiyi məlumata görə, biletlər 2 – 10 noyabrda satışda olacaq. Qiymət isə 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.