Saakashvili Poroshenkoya yeni tələblər irəli sürüb

Kiyevdə – Ali Radanın binası yaxınlığında “xalq veçesi” keçirilir.

Bu toplantını Gürcüstanın keçmiş prezidenti, Ukraynanın keçmiş qubernatoru Micheil Saakashvili keçirir.

Toplantıda yüzlərlə insan iştirak edir.

“Yeni qüvvələrin hərəkatı”nın lideri M.Saakashvili-nin toplantı iştirakçıları qarşısında çıxışı və prezident Poroshenko-ya bir sıra tələblər irəli sürməsi gözlənir.

Saakashvili-nin tələbləri bunlardır:

– İmpiçment haqda qanun qəbul edilsin.

– Tariflər dondurulsun.

– Növbədənkənar prezident və parlament seçkiləri keçirilsin.

– Odlu silah leqallaşdırılsın.

– Rusiya ilə diplomatik əlaqələr kəsilsin.

– Oliqarxları səhmləri müsadirə edilsin.

– Separatçıların nəzarətində olan ərazilərdə vətəndaşların seçici hüquqları məhdudlaşdırılsın.

Toplantı iştirakçılarına tələblərin yer aldığı vərəqələr paylanıb.

“Xalq veçesi”ni 700-cən polis əməkdaşı və Milli qvardiya əsgəri izləyir.