Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-23° isti, Bakıda gecə 14-16°, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.