Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var.

Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.