Somalidə partlayış baş verib: 27 nəfər ölüb, 30 nəfər yaralanıb

Somalinin paytaxtı Moqadişoda iki terror aktı törədilib.

Abzas.net xəbər verir ki, hadisə nəticəsində 27 nəfər ölüb, 30 nəfər yaralanıb.

Ölənlər arasında azı 3 azyaşlı uşaq və məmurların olduğu bildirilir.

Somiladə fəaliyyət göstərən “Əl Qaidə” ilə əlaqəli “Aş Şəbab” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.