Şuşaya səfər edən CNN-in aparıcısı arzuolunmaz şəxs elan edilib

Azərbaycan XİN CNN telekanalının şou aparıcısı, baş aşbaz Anthony Bourdain-ni arzuolunmaz şəxslər siyahısına əlavə edib.

Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Hikmət Hacıyev bildirib ki, Antony Bourdain Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də qanunlarını pozduğu üçün Bourdain-in “qara siyahı”ya salınmasına qərar verilib.

CNN-in əməkdaşı oktyabr ayında “Antony Bourdain: parts unknown” (“bilinməyən yerlər”) teleşousu üçün işğal altındakı Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.