Türkiyədə hərbi maşına hücum olub: 4 əsgər ölüb, 4-ü yaralanıb

Türkiyənin cənub-şərqində hərbi maşın yolda hərəkət etdiyi zaman  bomba partladılıb.

Abzas.net xəbər verir ki, hücum oktyabrın 4-də Hakkari əyalətinin Yüksəkova rayonunda törədilib.

Hadisə nəticəsində 4 Türkiyə əsgəri öldürülüb, 4-ü isə yaralanıb.

Əyalət valisinin sözlərinə görə, bu hücumun arxasında PKK yaraqlıları dayanır.

Yaralılar yaxınlıqdakı hospitala götürülüblər.