Ukrayna Saakashvili-yə sığınacaq verməkdən imtina edib

Ukrayna Dövlət Miqrasiya Xidməti Saakashvili-yə sığınacaq verməyib.

Abzas.net xəbər verir ki, Ukrayna Dövlət Miqrasiya Xidməti Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Micheil Saakashvili-yə qaçqın statusu verməkdən imtina edib.

Bu barədə Ukraynanın baş prokuroru Juri Lutsenko məlumat verib.

O bildirib ki, əvvəl Saakashvili-ni deportasiya etmək mümkün deyildi lakin indi vəziyyət dəyişib:

“Əvvəllər Saakashvili-nin deportasiyasını və ya ekstradisiyasını qeyri-mümkün edən statusa malik olduğunu bildirirdimsə, indi Dövlət Miqrasiya Xidməti ona qaçqın statusu verməkdən imtina edib. Cənab Saakashvili həmişə olduğu kimi, bu qərardan məhkəməyə şikayət etməyib.”

Lutsenko bildirib ki, artıq Saakashvili-nin deportasiya və ya ekstradisiya edilməsinin qarşısında xüsusi əngəl qalmayıb.