“39 500-dən artıq sərnişin daşımışıq”

Noyabrın 22-də “Qarabağ – Çelsi” oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.

Bu barədə  Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: “Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500-dən artıq sərnişin daşımışıq”.

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda “Qarabağ” – “Çelsi” qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb.