ABŞ Gürcüstana tank əleyhinə raket kompleksi satacaq

ABŞ dövlət departamenti Gürcüstana tank əleyhinə “Javelin” kompleksinin satışını təsdiqləyib.

Müqavilənin dəyəri 75 milyon dollardır.

Pentaqondan bildirirlər ki, müqavilə Birləşmiş Ştatların xarici siyasətini və milli təhlükəsizliyini möhkəmləndirəcək. Bu silahın satılması regionda güc balansını dəyişdirməyəcək.

Gürcüstan hökuməti isə ABŞ-dan bu komplekslərə uyğun 410 raket və digər avadanlıqları almaq niyyətindədir. Bundan başqa Amerika tərəfi raketlərin texniki servisini və digər xidmətləri həyata keçirəcək.