Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri Michael Fallon istefa verib.

Abzas.net xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Daha öncə, Michael Fallon 2002-ci ildə Mühafizəkarlar partiyasının konfransında jurnalist Julia Hartley-Brewer-ə qarşı qeyri-etik hərəkət etdiyini etiraf edib.