Britaniyanın yeni müdafiə nazirinin adı bəlli olub

Mühafizəkarlar Patiyasının təmsilçisi Gavin Williamson Britaniyanın yeni müdafiə naziri təyin olunacaq.

Abzas.net xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Öncəki müdafiə naziri Michael Fallon keçən gün istefa verərək tutduğu postu tərk edib.

Fallon-un istefa verməsinə, keçmişdə etdiyi qeyri-etik davranışının üzə çıxması səbəb olub.