Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb

Brüsseldə 5-ci Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb.

APA-nın Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, sammitdə Avropa Komissiyasının prezidenti Jan klod Yunker, Avropa İttifaqıŞurasının prezidenti Donald Tusk, Avropa İttifaqı Şurasına bu il sədrlik edən Estoniya baş naziri Juri Ratas, Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilər iştirak edirlər.

“2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması” adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir.

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.