Çavuşoğlu: “Afrin istiqamətindən təhdidlər artsa, tərəddüdsüz ora daxil olarıq”

“Türkiyə Təhlükəsizlik Şurasının toplantısında Suriyanın Afrin bölgəsindən qaynaqlanan təhdidləri dəyərləndirdik”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və pakistanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Afrin istiqamətindən Türkiyəyə çoxsaylı təhdidlər var: “Bu, həm “Fərat qalxanı” çərçivəsində o bölgədə olan əsgərlərimizə qarşı edilir, həm də sərhədləri keçərək Türkiyə daxil olurlar. “Fərat qalxanı” əməliyyatı zamanı tərrəddüd etmədən bölgəyə girərək oranı İŞİD-dən təmizlədiyimiz kimi, Artfin və ya digər bölgədən təhdidlər artdıqda yenə tərəddüdsüz həmin bölgəyə girərik. Bir gecə qəfildən girə bilərik”.