Deputat: “Heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq”

“Azərbaycanda heyvanlara qarşı münasibət dözülməz hal alıb. Buna görə qanunvericiliyə sərt cəzalar əlavə ediləcək”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub: “Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.