Elçin Sadıqov Vəkillər Kollegiyasının iclasına çağırıldı – Kollegiyadan uzaqlaşdırıla bilər

Elçin Sadıqov

Tanınmış vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına çağırılıb. 

Abzas.net xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına çağırılmasının səbəbi barəsində qaldırılmış intizam icraatı ilə bağlıdır.

“Bu gün saat 16:00-da barəmdə qanunsuz qaldırılmış intizam icraatı ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına çağırılmışam” – deyə vəkil bildirib.

XATIRLATMA

Bir müddət əvvəl Baş Prokurorluq müstəqil vəkillər Fəxrəddin Mehdiyev, Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimov, Aqil Layıcov və Elçin Sadıqov haqqında Vəkillər Kollegiyasına şikayət göndərib və adı çəkilən vəkillərin cəzalandırılmasını istəyib.

Adı çəkilən vəkillər bir çox siyasi işlərə çıxıblar. Onlar siyasi məhbusların müdafiəsində fəal iştirak ediblər.