Eldar Mahmudovun əmisi oğlu həbs edilib

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi həbs edilib.

Abzas.net xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları xəbər verib.

Məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.