Elmar Məmmədyarov 16 noyabrda həmsədrlərlə görüşəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da həmsədrlərlə görüşəcək.

Abzas.net xəbər verir ki, bu barədə Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srdjan Darmanovic-lə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

“Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm”, – deyə, nazir bildirib.

E.Məmmədyarov bildirib ki, görüş Rusiyanın paytaxtında baş tutacaq:

“Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm”.