Elmar Məmmədyarov həmsədrlərlə və erməni həmkarı ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistan xarici işlər naziri ilə görüşəcək.

“Ölkə.Az” xəbər verir ki, bu barədə nazir Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra məlumat verib.

Azərbaycanın bu görüşə razılıq verdiyini deyən E.Məmmədyarov qeyd edib ki, məntiqli və substantiv danışıqlar olmalıdır: “Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək”, – o qeyd edib.

Görüşün ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.