FİDE şahmatçıların reytinq cədvəlini açıqlayıb

FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

Qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. Bu, Azərbaycan şahmatında ilkdi. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. “Şah”ın hesabında 2799 reytinq xalı var.

Bunadək ən yüksək nəticə Teymur Rəcəbova məxsus idi. Rəcəbov 2012-ci ilin oktyabrında açıqlanan reytinq siyahısında 4-cü pilləyə kimi yüksəlməyə nail olmuşdu. Teymur (2748) yeni reytinq siyahısında isə 17-ci sırada qərarlaşıb.

İlk “100”-lükdə yer alan digər şahmatçılarımızdan Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) isə 43-cü pillədə yer alıb.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.