Livan baş naziri istefaya getmək fikrindən daşınıb

Livan baş naziri istefaya getmək niyyətindən vaz keçib.

TASS agentliyinin verdiyi xəbərə görə, noyabrın 4-də istefaya gedəcəyini bəyan edən nazir Saad Hariri bu gün prezident sarayında təşkil edilən mətbuat konfransında səlahiyyətlərinin icrasına davam edəcəyini açıqlayıb.

Hariri istefaya getmək niyyətinin səbəbini ona qarşı sui-qəsd hazırlanması ilə əlaqələndirib. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

S. Haririnin atası Rafik Hariri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.