Mehman Hüseynova yenidən hökm oxunacaq

Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Abzas.net xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Fuad Ağayev bildirib ki, müvəkkili çıxışa hazır deyil.

Vəkil M.Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.

Xatırlatma

Mehman Huseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə Suraxanı rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.