Nazirlik: Bakıda tozun miqdarı normadan çoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır.

Bu barədə Abzas.netə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə bu gün səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.

Əvvəlki məqaləƏrdoğan: “Hücumlar olduqca Türkiyə irəliyə doğru daha inamla addımlar atır”
Növbəti məqalədəQurban Qurbanov: “Həm bizim, həm də rəqib üçün vacib matçdır”