NİDA-çı gənc azadlığa çıxdı

Xətai rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə azadlıqdan məhrum edilən N!DA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov azadlığa çıxıb.

Bu barədə “abzas.net-ə ““N!DA Vətəndaş Hərəkatı”dan bildirilib.

Ümman Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə ittiham olunaraq həbs edilmişdi.

N!DA Vətəndaş Hərəkatı hesab edir ki, gənc fəalın bu formada həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır.