Qızılın qiymətində 3.5 dollar artım baş verib

Amerika fond bazarında Dow Jones indeksi 0,25% – 23 435,01 bəndədək, S&P 500 0,16% – 2 579,36 bəndədək bahalaşıb, NASDAQ isə 0,17% – 6 716,54 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,07% – 7 487,96 bəndədək azalıb, Almaniya DAX-ı 1,78% – 13 465,51 bəndədək, Fransa CAC-40-ı isə 0,20% – 5 514,29 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,50 dollar artaraq 1 280,80 dollara, gümüş isə 0,02 dollar ucuzlaşaraq 17,16 dollara satılıb.