Robert Mugabe: “Ailəmə və sərvətimə dəyməyin, istefa verim”

Zimbabvenin prezidenti Robert Mugabe istefaya getməsi üçün bir sıra şərtlərini irəli sürüb.

Abzas.net xəbər verir ki, bu barədə CNN məlumat verib.

93 yaşlı Mugabe vəzifədən getməyinin qarşılığında özü və həyat yoldaşı Grace üçün tam toxunulmazlıq verilməsi və bütün varidatının özündə qalması şərti qoyub.

Noyabrın 19-da Zimbabvenin hakim Afrika Milli İttifaqı – Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclasında ölkənin prezidenti R.Mugabe partiyanın sədri postundan, həyat yoldaşı Grace isə partiyadan uzaqlaşdırılıb.

Partiyanın yeni sədri, noyabrın 6-da Mugabe tərəfindən istefaya göndərilmiş ölkənin sabiq vitse-prezidenti Emmerson Mnangagwa olub.