Rusiyada təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb

Rusiyada “L-410” sərnişin təyyarəsi qəzaya uğrayıb.

Abzas.net xəbər verir ki, qəza, təyyarə Xabarovsk vilayətinin Nelkan qəsəbəsində eniş edərkən baş verib.

Hadisə zamanı təyyarədə iki ekipaj üzvü və 7 sərnişin olub. Hadisə nəticəsində iki ekipaj üzvü və 6 nəfərin öldüyü deyilir. Təyyarədə olan körpə isə sağ qalıb.

Əvvəlki məqaləDünya birjalarında neftin qiyməti aşağı düşüb
Növbəti məqalədəZimbabvedə ordu hakimiyyəti ələ keçirib